Nizami Gəncəvi. "Yenə tövbə evimi"
Yenə tövbə evimi eşq xərab etmədədir,
Aşiq iftarını sevda meyi-nab etmədədir.
Könlümə bir mələyin sevgisi od saldı, adı,
Günü də Zöhrəni də göydə sərab etmədədir.
Onun eşq atəşi hər qəlbə girər, amma nədən.
Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?
Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm.
Doğrusu, səbr edərəm, ömür şitab etmədədir.
Ahu gözlüləri yatmış zaman ovlar ovçu,
Əmr röyadə şikar olmağa tab etmədədir.
Məsləhətdir, məni qovmadan isə versin əzab,
Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.
Gər Nizamini xəta isə həlak etdirmək,
Aşiqəm, yar məni öldürsə, səvab etmədədir.

Segah. İfa edir: Fatma Mehrəliyeva. 1957
Bəhram Mansurovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı.
Tar:Bəhram Mansurov
Kamança:Tələt Bakıxanov
Loading the player...
İfa edir: Səxavət Məmmədov
"Qarabağ" Xalq çalğı alətləri ansamblı Tar: Vahid Məmmədov Kamança: Samidxan Mürşüdov
Loading the player...