Muğam sənəti / Diskoqrafiya / Pate

"PATE"

Pate firması Parisdə bistro (yeməkxana) sahibləri - Şarl və Emil Pate qardaşları (Charles & Émile Pathé) tərəfindən yaradılmışdır. Hər şey bir təsadüflə başladı. Təxminən 1890 – cı ildə bir yarmarkada Edisonun fonoqrafının nümayişini izləyən qardaşlar bistroya daha çox kütlə cəlb etmək üçün apparatı icarəyə götürmək qərarına gəlirlər. O vaxt hələ heç bir kəsə məlum olmayan fonoqraf o qədər insanın marağına səbəb olur ki, tezliklə ona qulaq asmaq üçün insanlar növbələrə düzülürlər.

Bəziləri hətta fonoqrafı əldə etmək üçün müraciət edirdilər. Qardaşlar Edisona xeyir verməkdənsə öz apparatlarını icad edib, daha çox gəlir əldə etmək qərarına gəlirlər. Artıq 1894 – cü ildə onlar özləri istehsal etdikləri fonoqrafları satmağa başladılar. Doğrudur, bu fonoqraflar ilk öncə Edisonun fonoqraflarının dizaynına əsaslanırdı. Fonoqrafla yanaşı təmiz vallar da satılırdı ki, burada insanlar öz səslərini yaza bilsinlər. Bir müddət sonra öncədən yazılmış vallar  da istehsal edilməyə başlanır. 1896 – cı ildə firmanın Parisdə oduğu kimi London, Milan və Moskvada da ofis və səsyazma studiyaları açılır.

1905 – ci ildə özülü sement olan mum təbəqəsi üzərində birtərəfli yazılar olan qrammofon valları istehsal edilməyə başlanır. 1906 – cı ilin oktyabr ayından valların istehsalı üçün daha adi bir material olan şellakdan istifadə edilir. Lakin buna baxmayaraq, Patenin diskləri yenə də qeyri – adiliyi, bənzərsizliyi ilə fərqlənirdi. 

Səsyazıları adətən həyata keçirilən şaquli yazılar əvəzinə köndələn tərzdə həyata keçirilirdi. Valların üzərində səs yazıları yolları digər firmalarınkından fərqli olaraq, daha geniş idi, səs yazılarını səsləndirmək üçün şaraoxşar ucluğa malik xüsusi iynələrdən istifadə edilirdi.  Vallar bir dəqiqədə 78 və ya 80 dəfə deyil, 90 (hətta 120) dəfə dövr edirdi. 

Səsyazısı valın adətən kənarından mərkəzinə doğru deyil, mərkəzindən kənarına doğru aparılırdı. Yəgin ki, bu qeyri – adi texnologiya heç bir səsyazma kompaniyasının Pate firmasına onların patent hüquqlarının pozulması haqda irad bildirməməsinə əminlik verən profilaktik bir ölçü idi.

Hətta qrammofon vallarının ölşüləri də qeyri – adi idi: digər kompaniyaların valları 7, 10 və dyum olduğu halda, Patenin valları 21, 25, 27, 29, 35 və 50 sm (təqribən 81/2, 10, 113/4, 12, 14, və 20 dyum) idi. Qeyd etmək lazımdır ki, Pate sisteminə məxsus qrammofon valları yalnız Pate firmasının apparatlarında çalınırdı. Digər firmaların vallarını bu appartlarda səsləndirmək mümkün deyildi və əksinə.

1903 – cü ildə Pate Moskvada ilk kiçik anbarını açır. 1907-ci ildə isə Bexmetyevkada 12 prosessordan ibarət qrammofon valları istehsal edən sex fəaliyyətə başlayır. 1911-ci ildə firmanın artıq Sankt –Peterburq, Rostov, Varşava və Odessada şöbələri fəaliyyət göstərirdi.

 

 

İstehsal №-si Fond sənədin adı İfaçı və müşaiyət edən Yazılma yeri və tarix Saxlandığı yer Foto Sound
             
29850, 92194-RA, 348505 «Şikəstə» C.Qaryağdıoğlu 1910 – 1911 Arxiv F.Şuşinski
Loading the player...
29851, 92191-RA, 348505 «Çoban-Bayatı» C.Qaryağdıoğlu 1910 – 1911 Arxiv F.Şuşinski
Loading the player...
29993, 92165-RA, 348505 «Təsnif Xosrof» C.Qaryağdıoğlu 1910 – 1911 Arxiv F.Şuşinski
Loading the player...
29994, 92164-RA, 348505 «Mahur-Hindi» C.Qaryağdıoğlu 1910 – 1911 Arxiv F.Şuşinski
Loading the player...
29818, 92030-RA, 348505 «Sarənc» Keçəçi oğlu Məmməd 1910 – 1911 Arxiv F.Şuşinski
Loading the player...
29822, 92028-RA, 348505 «Rahab» Keçəçi oğlu Məmməd 1910 – 1911 Arxiv F.Şuşinski
Loading the player...
             

 

 





Yuxarı