Seyid Əbülqasim Nəbati.
"Çarpalar"
Get dolanginən, xam sən hənuz,
Püxtə olmağa çox səfər gərək.
Mürği-Qaf ilə həmzəban olub,
Dövrə qalxmağa balü pər gərək.
Kuhi-eşqə gəl getmə bidəlil,
Quli-dəng tək düşmə çöllərə.
Ta ki, salikə rəhnümun ola,
Xizri-rəh kimi rahbər gərək.
Yox, yalan dedim, hərzə söylədim,
Vazehin deyim, doğru söyləyim,
Həqqə arifi vasil etməyə
Bir dodaqları gülşəkər gərək.
Zülfü ənbərin, xalı nazənin,
Qönçə tək dəhan, qaşı cansitan,
Şahi-gülrüxan, mahi-biqərin,
Nəstərən kimi simbər gərək.
Lalə tək üzü al yanaq ola,
Tazə gül kimi tər-buxaq ola,
Ağ-ayaz üzü aydan ağ ola,
Qaşları ona həm süpər gərək.
Həminan ola mehrü mah ilən,
Həmzəban ola nuri nar ilən,
Zülfi bəhs edə şahmar ilən,
Gənci-sinəsi pürgühər gərək.
Həqqə aşina, xəlqdən cüda,
Eyləmiş ola nəfyi-masəva,
Tərk edə bütün yardən əda,
Ol Məsih tək bipədər gərək.
Qoyginən qədəm deyrə lacərəm,
Nəqşi-bütdə gör sirri-vəhdəti.
Bu çigunədən vaqif olmağa
Bir cünuni-həq mərdi-ər gərək.
Az danışginən, olginən xəmuş,
Etmə aləmə sirri-eşqi faş,
Burda durma çox, keç bu vərtədən,
Bu məqulə söz müxtəsər gərək.
Mən, qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.
Ciddü cəhd qıl, arif ol, gözüm,
Elmi-eşqdən olma binəsib,
Cum bu bəhrə bir, tap o gövhəri,
Aşiqəm deyən tərki-sər gərək.
Rah pürxətər, bəxt vajgun,
Zülfi-yar tək şəb siyahgun,
Indi qeybdən Xançobanına
Nəxli-Turdən bir şərər gərək.
Hər xəsisə, gəl etmə iltica,
Olmaz özgədən hacətin rəva,
Müşkül açmağa şahi-lafəta,
Əntər öldürən şiri-nər gərək.
cavahirin yoxdu qiyməti,
Açginən gözün, yaxşı seyr qıl,
Hər biri dəyər Çin xəracına,
Müftə vermərəm, simü zər gərək.
Bir gözəl cavan istərəm haman
Kim, bu sözləri eyləsin rəvan,
Hardadır desin bir şəkərzəban
Kim, bu söz mənə hamı tər gərək.
Saqi, gəl məni cami-eşqdən
Bir kərəm qılıb öylə məst qıl,
Ta desinlə xəlq lal oturmağa,
Bu Nəbati tək bəxtəvər gərək.
Püxtə olmağa çox səfər gərək.
Mürği-Qaf ilə həmzəban olub,
Dövrə qalxmağa balü pər gərək.
Kuhi-eşqə gəl getmə bidəlil,
Quli-dəng tək düşmə çöllərə.
Ta ki, salikə rəhnümun ola,
Xizri-rəh kimi rahbər gərək.
Yox, yalan dedim, hərzə söylədim,
Vazehin deyim, doğru söyləyim,
Həqqə arifi vasil etməyə
Bir dodaqları gülşəkər gərək.
Zülfü ənbərin, xalı nazənin,
Qönçə tək dəhan, qaşı cansitan,
Şahi-gülrüxan, mahi-biqərin,
Nəstərən kimi simbər gərək.
Lalə tək üzü al yanaq ola,
Tazə gül kimi tər-buxaq ola,
Ağ-ayaz üzü aydan ağ ola,
Qaşları ona həm süpər gərək.
Həminan ola mehrü mah ilən,
Həmzəban ola nuri nar ilən,
Zülfi bəhs edə şahmar ilən,
Gənci-sinəsi pürgühər gərək.
Həqqə aşina, xəlqdən cüda,
Eyləmiş ola nəfyi-masəva,
Tərk edə bütün yardən əda,
Ol Məsih tək bipədər gərək.
Qoyginən qədəm deyrə lacərəm,
Nəqşi-bütdə gör sirri-vəhdəti.
Bu çigunədən vaqif olmağa
Bir cünuni-həq mərdi-ər gərək.
Az danışginən, olginən xəmuş,
Etmə aləmə sirri-eşqi faş,
Burda durma çox, keç bu vərtədən,
Bu məqulə söz müxtəsər gərək.
Mən, qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.
Ciddü cəhd qıl, arif ol, gözüm,
Elmi-eşqdən olma binəsib,
Cum bu bəhrə bir, tap o gövhəri,
Aşiqəm deyən tərki-sər gərək.
Rah pürxətər, bəxt vajgun,
Zülfi-yar tək şəb siyahgun,
Indi qeybdən Xançobanına
Nəxli-Turdən bir şərər gərək.
Hər xəsisə, gəl etmə iltica,
Olmaz özgədən hacətin rəva,
Müşkül açmağa şahi-lafəta,
Əntər öldürən şiri-nər gərək.
cavahirin yoxdu qiyməti,
Açginən gözün, yaxşı seyr qıl,
Hər biri dəyər Çin xəracına,
Müftə vermərəm, simü zər gərək.
Bir gözəl cavan istərəm haman
Kim, bu sözləri eyləsin rəvan,
Hardadır desin bir şəkərzəban
Kim, bu söz mənə hamı tər gərək.
Saqi, gəl məni cami-eşqdən
Bir kərəm qılıb öylə məst qıl,
Ta desinlə xəlq lal oturmağa,
Bu Nəbati tək bəxtəvər gərək.
Get dolanginən.
Qiraətçi: İdris Rüstəmov. (AUDİO)
Loading the player...