Muğam sənəti / Muğam və poeziya / Seyid Əbülqasim Nəbati. "Oldu könlüm genə bir
zülfi-çəlipa dəlisi"
Seyid Əbülqasim Nəbati.
"Oldu könlüm genə bir zülfi-çəlipa dəlisi"
Oldu könlüm genə bir zülfi-çəlipa dəlisi,
Düşdü zəncirə nə xoş yerdə bu sevda dəlisi.
Urü üryan, başaçıq üz çevirib səhrayə,
Qoydu Məcnunu yarı yolda bu səhra dəlisi.
Aşiqi-suxtədir, bülbüli-şeyda ki, deyil
Ki, olubdur deyəsən bir güli-həmra dəlisi.
"Rəbbi-ərni" - deyənin zikri dönüb Musayə,
Dəşti Iyməndə olub nuri-təcəlla dəlisi.
Çoxları məst qılıb saqiyi-meyxaneyi-eşq,
Görmədi kimsə mənim tək belə rüsva dəlisi.
Demə Fərhad ilə Məcnun dəlidir, bir bəri bax,
Biri Şirin dəlisidir, biri Leyla dəlisi.
Künci-vəhdətdə təbah əziz ömrüm, heyf!
Olmadı yar mənə bir büti-ziba dəlisi.
Xoşlayıbdır görəsən hansı məzaristanı,
Deyin ol zahidə, ey bir kökə həlva dəlisi.
Gül ayağında səhər vaxtı yıxılmışdım məst,
Biri səsləndi ki, ey bu güli-rə'na dəlisi!
Bir ayıl, gör ki, Nəbati necə övrad eylər,
Nə yatıbsan belə, ey bir gözü şəhla dəlisi?

Bayatı-Şiraz.
İfa edir: Rübabə Muradova. (AUDİO)
Loading the player...