Muğam sənəti / Muğam və poeziya / Seyid Əbülqasim Nəbati. "Genə aşufteyi-bir"
Seyid Əbülqasim Nəbati. "Genə aşufteyi-bir"
Genə aşufteyi-bir nərgisi-şəhlayəm mən,
Ondan ötrü belə aludeyi-səhbayəm mən.

Olmuşam bir sənəmi-lalərüxün müştaqi,
Bu səbəbdən dəli tək badiyə peymayəm mən.

Etdiyim şamü səhər naləvü zarın səbəbi,
Budu kimi, bəsteyi-bir zülfü çəlipayəm mən.

Demə kim, neyçün olubsan belə bimarü zəif,
Aşiqi-qəmzeyi-bir şuxü dilarayəm mən.

Nə deyirsən genə, ey cahili-əfsürdəməzac,
Külli-aləm bili ki, talibi-minayəm mən.

Olmuşam Xızr sifət pərdeyi-ixfadə nihan,
Genə bu aləm ara gün kimi peydayəm mən.

Çox da göstərmə mənə böylə zərin kisəsini,
Bu toru özgəyə qur, bəççeyi-ənqayəm mən.

Məndə var bəhr kimi dürrü gühər ənbarı,
Yoxsa bimayə sanırsan məni, dəryayəm mən.

Etmişəm suzənimi rişteyi-Məryəmdən dur,
Minmişəm tövsəni-gərdunə, Məsihayəm mən.

Mö'cizati-həmə peyğəmbər olub məndə əyan,
Bilmək olmaz məni, bir sirri-hüveydayəm mən.

Istəsən kim, biləsən kimdi bu inşanı qılan,
Gəzgəzəm, qaniçici duxtəri-tərsayəm mən.

Hələ gör bəsdi, Nəbati, nə ənəlhəqdir bu?
Dəxi bir yol deginən vahidü yektayəm mən.

 

Qiraətçi: İdris Rüstəmov. (AUDİO)
Loading the player...

 

 





Yuxarı