Seyid Əbülqasim Nəbati.
"Öylə məstəm bilməzəm kim"
Öylə məstəm bilməzəm kim,mey nədir, mina nədir,
Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir.
Od tutub canım sərasər yandı, amma bilmədim:
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir?
Bilmədim ömrümdə hərkiz küfrü iyman hansıdır,
Əhmədü Məhmud kimdir, Musiyu İsa nədir?
Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim,
Xaliqi-ərzü səma ol fərdü bihəmta nədir?
Sədri-eyvani-cəlalət şəmi-bəzmi-kainat,
Afitabi-ərşi-izzət-« lafəta illa » nədir?
Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvar,
Gəl, xərabət içrə gör bu şurişü qövğa nədir?
Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman,
Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir?
Dur, gözün qurbanıyam, məstanə gəl, rindanə ver,
Çox demə Cemşiddən , İskəndərü Dara nədir?
Lövhəşəllah, kimdi bilməm eşq divanın yazan,
Aşiqu məşuq kimdir, Vamiqü Əzra nədir?
Şahidi-xəlvətnişinim etdi ruxsarın əyan,
Aşiqi-divanə, gəl gör zahirü ixfa nədir?
Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?

Rast.
İfa edir: Hacıbaba Hüseynov. (VİDEO)
Loading the player...