Muğam sənəti / Muğam və poeziya / Seyid Əbülqasim Nəbati. "Sənsiz, ey gül"
Seyid Əbülqasim Nəbati. "Sənsiz, ey gül"
Sənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox!
Səndən özgə neyləsin, bir qəmküsarı yoxdu, yox!

Dərdi-hicrin çarəsin hərçənd bildim səbr imiş,
Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox!

Leyli! Leyli! – söyləyib çoxlar deyir kim, aşiqəm,
Leyk Məcnun tək onun bir dağdarı yoxdu, yox!

Hər xəzanın bir baharı onsuz olmaz, olmasın,
Bu çöl olmuş gülsitanın bir baharı yoxdu, yox!

Gülləri, bülbülləri, abü havası çox gözəl,
Heyf kim, bu gülşənin bir gülüzarı yoxdu, yox!

Hiç eybin yox, gözəllik hamı səndə cəmdir,
Neyləyim amma ki, əhdin etibarı yoxdu, yox!

Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb?
Mən bu dağı çox dolandım, bir şikarı yoxdu, yox!

 

Dilkəş. İfa edir: Mənsum İbrahimov. (VİDEO)
Loading the player...

 

 

 





Yuxarı