Muğam sənəti / Muğam və poeziya / Seyid Əbülqasim Nəbati. "Səba, məndən söylə o gülüzarə"
Seyid Əbülqasim Nəbati. "Səba, məndən söylə o gülüzarə"
Səba, məndən söylə o gülüzarə
Bülbül gülüstana gəlsin, gəlməsin?
Bu hicran düşgünü, illər xəstəsi
Qapına dərmana gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, tuti dillərin,
O lalə rüxsarın, müşkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə cana gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyanı,
İzzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb dəxi gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?

 

Kürdü-Şahnaz. İfa edir: Alim Qasımov. (VİDEO)
Loading the player...

 

 

 





Yuxarı