Süleyman Rüstəm.
"Sənə üz versə kədər"
Sənə üz versə kədər, məclisə cananı çağır,
Dodağı qönçəni, ol gözləri ceyranı çağır.
Eşqdir, hicrdir, aləmdə vüsaldır məna,
Varsa şübhən, bunun isbatına dünyanı çağır.
Söndürə bilməyəcəksən yenə eşqin odunu,
İstəyirsən köməyə çayları, dəryanı çağır.
Sağalar məncə vüsal ilə bu hicran yarası,
Çəkmə zəhmət, nə təbibi, nə də loğmanı çağır.
Səni qəmlər dənizi boğmağa eylərsə hücum,
Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır.

İfa edir: Səxavət Məmmədov (VIDEO)
Loading the player...
Segah, 1957. İfa edir: Fatma Mehrəliyeva
Bəhram Mansurovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı.
Tar: Bəhram Mansurov.
Kamança: Tələt Bakıxanov
Loading the player...
Yuxarı