Süleyman Rüstəm.
"Gələndə məclisə mey"
Gələndə məclisə mey əldə lalə şəklində,
Nigarım aytək olur, mənsə halə şəklində.
Ürək qanımla yazıb sönməyən məhəbbətimi,
Nigarə söyləyirəm odlu nalə şəklində.
Vəfalı könlünə bir yol tapan zaman şerim,
Gözündə nəm gorürəm, inci, jalə şəklində.
Mən aşiqəm, beləyəm mən, hər aşiqanə sözüm
Coşub axır, ürəyimdən şəlalə şəklində.
Sevin, sevin ki, Süleyman, əlində sevgilinin
O, qan olan ürəyindir piyalə şəklində.

İfa edir: Hacıbaba Hüseynov (VİDEO)
Loading the player...