Muğam sənəti / Muğam və poeziya / Səməd Vurğun. "Hər bağın, hər bağçanın

öz bülbülü şeydası var"

 Səməd Vurğun. "Hər bağın, hər bağçanın öz bülbülü şeydası var"
Hər bağın, hər bağçanın öz bülbülü şeydası var.
Hər duyan qəlbin,əzizim,gizli bir sevdası var.

Ruhu oxşar,qəlbi oxşar incə bir canan səsi,
Gah gülər,gah ağlayar,hər dəmdə bir mənası var.

Can alan hər nəğmənin mənası yalnız eşqidir,
Göz görüb əl catmayan yıldızlı bir dünyası var.

Dərdi- hicran günlərilə ömrü odlardan keçər,
Hər könül bir karvandır ki, bir susuz səhrası var.

Böylə bir söz var ki, Vurğun indi bir Məcnun olub,
Şeirü sənət adlanan nazəndə bir Leylası var.

 

Qiraətçilər: Həsən Turabov, Əminə Yusifqızı. Oxuyur: Zeynəb Xanlarova .(VİDEO)
Loading the player...

 

 

 





Yuxarı