Muğam sənəti / Muğam və poeziya / Şah İsmayıl Xətai. "Ol gedǝn yarımmıdır"
 Şah İsmayıl Xətai. "Ol gedǝn yarımmıdır"
Оl gedən yarımmıdır, ya ixtiyarımdır gedir?
Bilməzəm canımmıdır, ya sevgi yarımdır gedir.

Təndə canım qalmadı, anınla оlmuşdur rəvan,
Оl mənim ruhi-rəvanım, ya nigarımdır gedir?

Canım andan ayru təndə bir dəm əglənməz mənim,
Ğəm məni eylər həlak, оl ğəmküsarımdır gedir.

Qalmadı heç karü bari bu Xətayi xəstənin,
Anın ilə karü barım, hərçi varımdır gedir.

 

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...

 

 





Yuxarı