Şah İsmayıl Xətai.
"Dil sana heyran оlubdur"
Dil sana heyran оlubdur, ta cəmalın görmüşəm,
Ta göz açıb оl rüxi-fərxəndə falın görmüşəm.
Ruzü şəb dünya içində məstü heyranəm müdam,
Gecələr uyxu içində ta xəyalın görmüşəm.
Dünyəvü üqbadə mən övsafi-hüsnin söylərəm,
Bağçada andan bərü qəddi-şümalın görmüşəm.
Bir pərinin yüzünə heyranü zarəm can ilə,
Şоl ləbü zülfü rüxü həm xəttü xalın görmüşəm.
Bu Xətayinin gözü səyyarə tək bixabdir,
Gül yüzün üstündə ta qaşi-hilalın görmüşəm.

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...