Muğam sənəti / Muğam və poeziya / Şah İsmayıl Xətai. "Dilbəra, mahım mənim"
 Şah İsmayıl Xətai. "Dilbəra, mahım mənim"
Dilbəra, mahim mənim fərrüx cəmalındır sənin,
Gün dəxi şоl təl'əti-fərxəndə falındır sənin.

Özgə gözlər gögə baxar görmək içün mahi-nоv,
Eyd içün mən baxdığım qaşi-hilalındır sənin.

Dinləmən ahəngi-qumri, bülbülin sövti ki var,
Guşi-dildə hər dəmadəm qeylü qalındır sənin.

Munca dəmdir dilbərin gördün vüsalın, ey rəqib,
Çün kəmalə yetmədin, indi zəvalındır sənin.

Sürməgil mülki-Süleymandan Xətayi xəstəni,
Çünki bir muri-zəifi-payimalındır sənin.

 

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...

 

 





Yuxarı