Şah İsmayıl Xətai.
"Aqibət, ey məh, məni"
Aqibət, ey məh, məni aləmdə heyran eylədin.
Çeşmimi giryan qılub bağrımı büryan eylədin.
Xatirim məcmu ikən aşüftə qıldın, ey pəri,
Sən anı zülfin kimi əmdən pərişan eylədin.
Şоl günəş tək hicrdən, ey tilbə könlüm, bоldu kim,
Qönçə tək başdan-başa çaki-giriban eylədin.
Dil ara aşiqliğim pünhan ikən, ey pəri,
Xəlq ara sən ani yüz dillərdə dastan eylədin.
Cövri-eşqin, ey həbibim, eylə həddən ötdü kim,
Bu Xətayi xəstəyə qanımnı asan eylədin.

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...