Şah İsmayıl Xətai.
"Görəli оl məh yüzün"
Görəli оl məh yüzün başıma yüz sevda düşər,
Rüxlərin manəndi ancaq bir güli-həmra düşər.
Ey könül, əql əhli isən sevmə xublar yüzüni,
Xubların dərdinə ancaq bu dili-şeyda düşər.
Ey sənəm, xublar içində sən düşübsən sərfəraz,
Eylə kim, bağ içrə rə'na sərvi-xоş bala düşər.
Heyf оla çeşmini, cana, nərgizə nisbət qılım,
Xansı nərgiz gözlərin tək məstü həm şəhla düşər?
Necə оlmasun Xətayi eşq ilən divanə kim,
Könlünə hər dəm sənin tək bir pəri sima düşər.

İfa edir: Arif Babayev (AUDİO)
Loading the player...