Şah İsmayıl Xətai.
"Ey həbibim"
Ey həbibim, sən təki ziba camalı sevmişəm,
Əqli kamil, hüsnə bay bir doğru halı sevmişəm.
Sevmişəm bir lalə rüx, bir cadu gözlü dilbəri,
Heqqeyi-mərcan tək ağzı, xəttü xalı sevmişəm.
Yüzü gül-gül, zülfi sünbül, gözləri ceyran kimi,
Qaşları şol yayə bənzər ol hilalı sevmişəm.
Ləli-meygunun sənin bir məclis içrə dəmbədəm
Saqinin çəngində ol abi-zülalı sevmişəm.
Xeyli dəmdir ki, Xətayi yarının vəsfin yazar,
Birinə min dürr anın didarı, xalı sevmişəm.

Qirəatçi: Həsən Turabov (AUDİO)
Loading the player...