Muğam sənəti / Muğam və poeziya / Şah İsmayıl Xətai. "Qızılgül, bağü bustanım"
 Şah İsmayıl Xətai. "Qızılgül, bağü bustanım"
Qızılgül, bağü bustanım, nə dersən,
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi küllü fərmanım, nə dersən?

Hamunun küfr ilə imanı vardır.
Mənim küfr ilə imanım, nə dersən?

Əgər yatsam min il torpaq içində,
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətayi can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

 

İfa edir: Mənsum İbrahimov (VİDEO)
Loading the player...

 

 

 





Yuxarı