Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Bu hüsnü lətafətdə"
Seyid Əzim Şirvani. "Bu hüsnü lətafətdə"
Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz,
Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.

Ey ləli şəkər, çox yemişəm Misr nəbati,
Nərgiz ləbi-şirinüvə bənzər şəkər olmaz.

Qəddindi sənin sərvi-xuraman, zəqənin sib,
Amma nə deyim, sərvdə hərgiz səmər olmaz.

Gögdən yerə sən enmisən, ey ayeyi-rəhmət!
Rüxsari-lətifin kimi gülbərgi-tər olmaz.

Müjgan oxun atsan əgər, ey qaşı kamanım,
Ol kimdi ki, bu tiri-bəlayə sipər olmaz.

Saradır adın, ikki saçın ənbəri-sara,
Saçın kimi aləmdə sənin müşki-tər olmaz.

Saçında əyandir mənə tulani-bəlalər,
Yüz gecə desəm dərdi-dilim, müxtəsər olmaz.

Seyyid, genə oldun həvəsi-eşq ilə dürpaş,
Əşari-lətifin kimi dürrü gühər olmaz.

 

(VİDEO) İfa edirlər: Zeynəb Behbudova və Mətanət Abdulova
(Azərbaycan Dövlət Muğam Teatrının eyniadlı kompozisiyası üzərində hazırlanmış "Mahur-hindi" film-konsertindən parça)

Loading the player...

 

 

 





Yuxarı