Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Çeşmində qəzəb"
 Seyid Əzim Şirvani. "Çeşmində qəzəb"
Çeşmində qəzəb, yoxsa dili-zarım üçündür?
Qəhri o təbibin dili-bimarım üçündür?

Şadəm ki, salır qeyr məni yadına hərdəm,
Hərçənd ki, yad etməyi azarım üçündür.

Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar,
Tərki-vətən etdimsə əgər, yarım üçündür.

Hər gecə fəğanım yetişir göydə hilalə,
Buna lələroləxtəri-səyyərım üçündür.

Səndə gedibən ağla öz əhvalına, Seyyid,
Fəryadü fəğanım mənim öz yarım üçündür.

 

Qiraətçi: Həsən Turabov (AUDİO)
Loading the player...

 

 





Yuxarı