Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Nə bu gün bağdə yarım"
Seyid Əzim Şirvani. "Nə bu gün bağdə yarım"
Nə bu gün bağdə yarım, nə meyim var mənim,
Seyri-gülzardə bihudə nəyim var mənim?

Sizi tanri yetirin piri-xərabatə məni,
Ki bu gün saqi əlindən giləyim var mənim.

Mənə məcuni-meyi-ləlidəvadır, saği,
Ki qəmi-hicr ilə cismimdə keyim var mənim.

Can sənin, cism sənin, əmr sənin, fel sənin,
Cümlə sənsən, bu arada nə şeyim var mənim?

Məni, Seyyid təki, çək güşeyi-meyxanələrə;
Artırır qəm dəxi məsciddə nəyim var mənim?

 

İfa edir: Əlibaba Məmmədov (VİDEO)
Loading the player...

 

 

 





Yuxarı