Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Necə həmtay tutum"
Seyid Əzim Şirvani. "Necə həmtay tutum"
Necə həmtay tutum hər büti-zibayə səni?
Vermərəm, tanrı bilir cümlə bu dünyayə səni.

Qorxuram ki, nəzər əhli deyə naqisdi bu söz,
Oxşadam hüsndə hərçənd tamam ayə səni.

Arizin gün əvəzi, aləmi nurani edər,
Gər mələklər çəkələr ərzi-müəllayə səni.

İstəməz abi-bəqa Xızrı-Məsiha xurşid
Göstərə bir kəs əgər Xızri Məsihayə səni.

Şaxi gül qoyma sala sayə səni bağ içrə,
Bu nəzakətlə, gülüm incidər ol sayə səni.

Ey pəriçöhrə, gəlir billəhi, heyfim özümün
Ki, desin yar, xəyaliq, məni-rüsvayə səni.

Nə edir arizuyi-hur, nə gülzari-behişt,
Versələr gərçi ki, bu Seyyidi-şeydayə səni.

 

İfa edir: Əlibaba Məmmədov (VİDEO)
Loading the player...

 

 

 





Yuxarı