Seyid Əzim Şirvani. "Yüz sərvi-xuraman ola"
Yüz sərvi-xuraman ola, könlüm səni istər,
Yüz baği-gülüstan ola, könlüm səni istər.
Yüz zöhrəcəbin, mahliqa, mehri dilara,
Yüz min məhi-taban ola, könlüm səni istər.
Bu zülməti-zülfündə ləbin abi-vəfamız,
Yüz çeşmeyi-heyvan ola, könlüm səni istər.
Ey xublərin şahı, könüldür sənə talib,
Aləm hamı xuban ola, könlüm səni istər.
Ey dust, bizə huriyi-qılman nə gərəkdir,
Yüz huriyi-qılman ola, könlüm səni istər.
Seyyid degiləm bənd olam hər bir güli-alə,
Yüz qönçeyi-xəndan ola, könlüm səni istər.

İfa edir: Zeynəb Behbudova (VİDEO)
Loading the player...