Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Oldu sünbüllər xəcil"
 Seyid Əzim Şirvani. "Oldu sünbüllər xəcil"
Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb,
Qönçələr qan oldular ləli-dürəfşanın görüb.

Yusifə zindan təmənna oldu mehrindən sənin.
Aləmi-zərraxdə çahi-zənəxdanın görüb.

Bağban hər gündə bir sərvin qopardır bağidən,
Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın görüb.

Guyilər tək əşki-gülgunum olur hər yan rəvan,
Əldə çövkan, ərsədə Rəxş üzrə cövlanın görüb

Qoy ölüm, axır nəfəsdir, gəlmə nəşim üstə, ta
Qeyrlər mərg etməsin xahiş, bu ehsanın görüb.

Zəxminə mərhəm təsvvür etdi tiri-Rüstəmi,
Əşkəbus, ey qaşı yay, sinəmdə peykanın görüb.

Qönçə tək yüz pirəhən çak etdi, ey gül, rəşkdən
Seyyidi-xunincigər çaki-giribanın görüb.

 

(AUDİO)
Loading the player...

 

 





Yuxarı