Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Dünyadə bina cahu cəlal eyləmək olmaz"
 Seyid Əzim Şirvani. "Dünyadə bina cahu cəlal eyləmək olmaz"
Dünyadə bina cahu cəlal eyləmək olmaz,
Qəmxanə olan mülkdə hal eyləmək olmaz.

Nadan ilə əyləşmə, gedib aqili axtar,
Bu cəhl ilə bir kəsbi-kəmal eyləmək olmaz.

Dünyadə durub çox demə cənnət də mənimdir,
Həqdən bu təmənnani sual eyləmək olmaz.

Sal yadə bəqa mülkünü,cəm`eylə tədarük,
Səyyadi-əcəl gəlsə məcal eyləmək olmaz.

Bidar olusan qəbrdə qəflət yuxusundan,
Ondan sora dünyani xəyal eyləmək olmaz.

Seyyid,hərəmi-həşrdə Xaliq əməl istər,
Məhşərdə durub cəngü cidal eyləmək olmaz.

 

(AUDİO)
Loading the player...

 

 





Yuxarı