Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Əmərəm ləblərini"
 Seyid Əzim Şirvani. "Əmərəm ləblərini"
Əmərəm ləblərini ta nəfəsim var mənim,
Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.

Gəldi qanımı töküb yar qurtarsın qəmdən,
Şükr lillah ki, könül, dadrəsim var mənim.

Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan,
Qoy nəva ney tək edim ta nəfəsim var mənim.

Mürği-baği-mələkutəm qəfəsi-çərxə əsir,
Bu əcəb təng olan gör qəfəsim var mənim.

Bikəsəm aləm ara, dərdü qəmindən özgə,
Nə həvadarü, nə yavərü, nə kəsim var mənim.

Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən,
Ey könül, böylə deyil, pişü pəsim var mənim.

Karvan getdi, könül, qafil edirsən nalə,
Dəm-bə-dəm naləvü bangi-cərəsim var mənim.

Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

 

Qiraətçi: Ədalət Məmmədov (AUDİO)
Loading the player...

 

 





Yuxarı