Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Qəmindən qönçə tək dil qanə döndü"
Seyid Əzim Şirvani. "Qəmindən qönçə tək dil qanə döndü"
Qəmindən qönçə tək dilqanə döndü,
İşim bulbul kimi əfğanə döndü.

Yaman göz yaxşı dəydi vəsli-yarə,
Visalım möhnəti-hicranə döndü.

Pərişan, tirə-bəxt, aşuftə-haləm,
Günüm ol zülfi-müşkəf şanə döndü.

Kənarımdan çün oldürr oldur qaib,
Gözüm yaşı axıb Ümmanə döndü.

Həzər qılma cərayi-çeşmi-tərdən,
Sirişkim bəhri-bi payanə döndü.

O dürri-gənci-hüsnün firqətindən,
Könül bir mənzili-viranə döndü.

Dəxi səngi-cəfadən xali olmaz,
Du çeşmim kəffeyi-mizanə döndü.

Rəqibi-bül həvəs məqsudə yetdi,
Dili-Seyyid cəfadən qanə döndü.

 

İfa edir: Əlibaba Məmmədov (VİDEO)
Loading the player...

 

 

 





Yuxarı