Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Yadə saldıqda səni"
 Seyid Əzim Şirvani. "Yadə saldıqda səni"
Yadə saldıqda səni dideyi-xunbar ağlar,
Yar hicrin çəkən, əlbəttə ki, naçar ağlar.

Bülbüli-bidil əlindən üzülüb daməni-gül,
Gecələr sübhə kimi nalə çəkib, zar ağlar.

Şad ikən vəslin ilə könlümə qəm çəkdi hücum,
Oldu min gunə genə dərdə giriftar ağlar.

Tabi-təb, zülməti-şəb, möhnəti-qürbət, qəmi-yar;
Eyləməz tab bu möhnətlərə bimar ağlar.

Bəs ki, şəb ta bəsəhər ağlamaq adətdi mənə,
Həmdəm olmuş mənə yeksər dərü divar ağlar.

Mən ki, hicr atəşinə yandı vücudum, billah,
Mənim əhvalıma duzəxtdə yanar nar, ağlar.

O qədər ağladı Seyyid qəmi hicran ilə
Ki, onun halına bu çərxi sitəmkar ağlar.

 

İfa edir: Könül Kərimova(AUDİO)
Loading the player...

 

 





Yuxarı