Seyid Əzim Şirvani. "Ey məh, sənə ol ah dəmadəm nə üçündür"
Ey məh, sənə ol ah dəmadəm nə üçündür,
Ayineyi-dildə kədərü qəm nə üçündür?
Batdın genə bəxtim kimi bilməm nə qərayə,
Qurban sənə buşiveyi-matəm nə üçündür?
Təcridi-lətafətləsən İsayi-zəmansan,
İsayə, nigarım, qəmi-Məryəm nə üçündür?
Dünyayə gələn getmək üçündür, bu nə qəmdir,
Bir fikr elə bu xilqəti-aləm nə üçündür?
Seyyid, əgər ol şəmə sənin yanmadı könlün,
Bəs pərdeyi-çeşmində olan nəm nə üçündür? .

İfa edirlər: Alim Qasımov və Fərqanə Qasımova (VİDEO)
Loading the player...