Muğam sənəti / Muğam və poeziya / Seyid Əzim Şirvani. "Yar ilə fürsət tapıb"
 Seyid Əzim Şirvani. "Yar ilə fürsət tapıb"
Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm,
Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərəm.

Qoy rəqib etsin mənə əfzun cəfa, kim hər zaman
Bir şikayətçün gedib yar ilə göftar eylərəm.

Padişahım, sən məni tək qıl qəbuli-xidmətin,
Mən gədayi-kuyin olmaqdan məgər ar eylərəm?

Qeyrilə görmək düşər yadimə, ölləm rəşkdən,
Hər zaman kim kuyi-yarə əzmi-didar eylərəm.

Sordum əsrari-dəhanın dün o şəkkərləb dedi,
Seyyida, aləmdə mən yoxdan sözü var eylərəm.

 

İfa edir: Hacıbaba Hüseynov (AUDİO)
Loading the player...

 

 





Yuxarı