Seyid Əzim Şirvani.
"Könüldə yox qərarü səbr"
Könüldə yox qərarü səbr, ey arami-can, sənsiz,
Olubdur cismi-zarım firqətindən natəvan sənsiz.
O gündən kim, gözümdən qaib olmuş mahi-rüxsarın,
Olubdur çeşmimə tarik yeksər bu cahan sənsiz.
Degil mümkün yazıb izhar qılmaq şərhi-hicranın,
Zibəs ki, xatirim aşüftədir, ey dilsitan, sənsiz.
Gözüm yaşı qəmində ağlamaqdan döndü dəryayə,
Məni axır həlak eylər bu çeşmi-xunfəşan, sənsiz.
Məni əhbablər təklif edər seyri-gülüstanə,
Nə meyli-bağ edər könlüm, nə fikri-gülsitan sənsiz.
Mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən,
Nə lazımdır mənə bağü baharü bustan sənsiz.
Tökər xunab gözdən, sübhü şam ağlar fərağından,
Olubdur qəm əsiri Seyyidi-bixaniman sənsiz.

(AUDİO)
Loading the player...