Muğam sənəti / Muğam və poeziya / Xurşidbanu Natəvan. "Nə ev xəyalı"

 Xurşidbanu Natəvan. "Nə ev xəyalı"
Nə ev xayalı, nə də fikri-aşiyanə mənə
Ki, bəsdir unsi-fərağət misalı lanə mənə.

Səni görəndə şadam, görməyəndə zar oluram,
Visalın ilə sevindi, demə bəhanə mənə!

Ölüncə qəlbimə dağdır məhəbbətin fikri
Ki, yadigar kimi qalsın bu dağ nişanə mənə.

Bu ruzigardə mən zaru binəva qaldım,
Qəribədir, verir üz mehnəti-zəmanə mənə.

Pənahgahıdı çox Natəvani-qəmzədənin,
İlahi, qalsın həmişə bu asitanə mənə!

 

Qiraətçi: Həsən Turabov. (AUDIO)
Loading the player...

 

İfa edir: Şövkət Ələkbərova. (AUDIO)
Loading the player...

 





Yuxarı