Muğam sənəti / Muğam və poeziya / Xurşidbanu Natəvan. "Müşküldür"

 Xurşidbanu Natəvan. "Müşküldür"
Müşküldür, mən kənarə düşəm kuyi-yardən,
Dişvardır ki, əl üzəm o gülüzardən.

Ya rəb, nolar ki, yar gələ mərgi-aşiqə,
Can qüssədən rəha ola, dil intizardən.

Şaxi-gül üzrə əylənib ol şahmari-gur,
Əmr eyləyir ki, çək əlini zülfi-yardən.

Hicr atəşi narayə dəxi salma, ey rəqib!
Mümkün olurmu ayrıla pərvanə nardən?

Hüsnün xəyalıdır səbəbi-şövqi-xatirim;
Qəmzəndi qoymayan qurtarım ahü zardən.

Qəmdən səvayi qəm günü qəmxar yox, könül!
Şad ol qəzayə,hər nə yetə qəmgüzardən!

Rahi-vəfadə canü cahan verdi Natəvan,
Ta həşr olunca çəkməz əlin etibardən.

 

Qiraətçi: Həsən Turabov. (AUDIO)
Loading the player...

 





Yuxarı