Muğam sənəti / Muğam və poeziya / Xurşidbanu Natəvan. "Fələk rənginə bənzər"

 Xurşidbanu Natəvan. "Fələk rənginə bənzər"
Fələk rənginə bənzər bu bənövşə,
Tutub səhraları hərsu, bənöşə!

Neçün gülşənlərin tərkin qılıbsan?
Düşübsən çöllərə dilcu, bənövşə!

Belə qəddin bükülmüş, pirlərtək,
Deyirsən sübhü şam "yahu", bənövşə!

Səni şövqü bahar aşüftə qılmış,
Çəkər aşiq olan qayğü, bənövşə!

Dilər ətrin könül badi-səbadan,
O zülfi-yartək xoşbu, bənövşə!

 

Qiraətçi: Əminə Yusifqızı. (AUDIO)
Loading the player...

 





Yuxarı