Xurşidbanu Natəvan.
"Fəraq ilə işimi "
Fəraq ilə işimi ahü zar edən sən idin!
Yıxan bu qəlbim evin, tarü mar edən sən idin!
Sənin yolunda bəlalar qəbul edən mən idim,
Mənim xilafıma hicr ixtiyar edən sən idin!
Sirişki-çeşmimi hər kəs görə bilər derdim,
Bu sirri aləm əra aşikar edən sən idin!
Məni bu qəm yükünü çəkməyə rəva bildin,
Salıb məlamətə həm şərmsar edən sən idin!
Xəzani-hicrdən asudə, vəsldən xoşdil,
Fəzayi-könlümü rəşki-bahar edən sən idin!
Qübari-xatiri-qeyr olduğum, küdurət imiş,
Salıb ayağa vücudum qübar edən sən idin!
Səbəb nə oldu ki, peymanü əhdi sındırdın?
Vəfavü əhdə əzəl etibar edən sən idin!
Bu qəmli könlümü gəh şad edən vüsalindən,
Qəmi-fəraqlə, gahi fikar edən sən idin!
Gələndə mürği-dilim qəm çölündə pərvazə,
Xədəngi-qəmzə ilə həm şikar edən sən idin!
Dəmadəm ah çəkib yanmışam fəraqində,
Məni bu rəncü bəlayə düçar edən sən idin!
Tükəndi ömr, driğa, qəmi-fəraqində,
Ümidi-vəslə məni intizar edən sən idin!
Əzizi-aləm idi Natəvan vüsalinlə
Çəkib məzəlləti-həcranə, xar edən sən idin!

Qiraətçi: Həsən Turabov. (AUDIO)
Loading the player...
İfa edir: Şövkət Ələkbərova. (AUDIO)
Loading the player...