Muğam sənəti / Muğam və poeziya / Xurşidbanu Natəvan. "Səni kimdir sevən"

 Xurşidbanu Natəvan. "Səni kimdir sevən"
Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşənara aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!

Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllərəra qovğa, qərənfil!

Dəriğakim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!

Üzündən pərdeyi-nazın kənaret!
Unutma aşiqi, haşa, qərənfil!

 

Qiraətçi: Əminə Yusifqızı. (AUDIO)
Loading the player...
Karaoke. Oxuyur: Laləzar Mustafayeva
Loading the player...

 





Yuxarı