Xurşidbanu Natəvan.
"Zəmanə saldı əzəl"
Zəmanə saldı əcəb möhnətü məlalə məni,
O mahrudən iraq verdi qəm zəvalə məni.
Tükəndi tabü təvan, ey xudayi-ləmyəzəli!
Ya tez bu canımı al, ya yetir vüsalə məni!
Sənə nə qədri dedim, rəhm qıl mənə, getmə!
Gəl indi gör ki, fəraqın salıb nə halə məni!
Nə vaxtadək qəmi-hicrində ahü zar çəkim?
Tərəhhüm eylə, gətir sən də bir xayalə məni!
Kəsildi səbrü qərarım, fəraqə tabım yox,
Rəvadı təngə gətirsin bu ahü nalə məni?
Alıbdı əqlimi sərdən, qərarımı dildən,
Edib bəlayə fələk, gör necə həvalə məni.
Təəccübəm ki, neçün rəhmə gəlmədin, zalım?!
Fəraq oduna yaxıb salmısan bu halə məni.
Nə yaxşı günlər idi kim, səninlə munis idim,
Zəmanə indi edib sinə dağlı lalə məni.
Vüsalə yetməyibən zarü Natəvan qaldım,
Edib fələk yenə həsrət o məhcəmalə məni.

Qiraətçi: Həsən Turabov. (AUDIO)
Loading the player...
İfa edir: Şövkət Ələkbərova. (AUDIO)
Loading the player...