Muğam sənəti / Muğam və poeziya / Xurşidbanu Natəvan. "Yenə, ya rəbb, nə qəmgindir"

 Xurşidbanu Natəvan. "Yenə, ya rəbb, nə qəmgindir"
Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rümuzi-eşqdən ağah olub, ustad olan könlüm.

Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

Fəraqin ruzi-matəmdir, sərasər möhnəti-qəmdir,
O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə,
Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.

 

Qiraətçi: Həlimət Məmmədova.(VİDEO)
Azərbaycan Dövlət Muğam Teatrının eyniadlı kompozisiyası üzərində hazırlanmış "Mahur-hindi" film-konsertindən parça

Loading the player...

 





Yuxarı