Aşıq sənəti / Dastanlar / "Abbas və Gülgəz" dastanı
Məhəbbət dastanları


 "Abbas və Gülgəz" dastanından
Pərim, sənin məmələrin,
Mən bilmirəm nəyə bənzər?!
Biri yasin surasına,
Biri əlif-beyə bənzər.

Biri mimdi, biri cimdi,
Bunnarı xəlq edən kimdi?
Biri səhər doğan gündü,
Biri axşam aya bənzər.

Biri Bağdadın xurması
Biri Alxatın alması,
Biri şəkərin xırdası,
Biri şamamaya bənzər.

Abbas deyər ağlım çaşır,
Qolların boynum danaşır.
Duruf taxt üstə boylaşır,
Bir cüt şahzadəyə bənzər.

 

"Toy axırı" havası.

İfa edir: Aşıq Qafar İbrahimli

 

 

 

"Toy axırı" havası. İfa edir: Aşıq Mahmud Məmmədov

 

 

"Abbas və Gülgəz" dastanı. Mətn >>>