Məhəbbət dastanları
"Novruz-Qəndab" dastanı.
Söyləyir: Aşıq Əkbər Cəfərov, Aşıq Əlixan Niftəliyev ; Balabançı: Müseyib Abbasov
AMEA Folklor İnstitutunun "Azərbaycan xalq dastanları" albomundan
Loading the player...
"Novruz-Qəndab" dastanı. Mətn >>>
Sizə xəbər verim Diyarbəkrdən. Burada Kərim adlı pa- şa yaşayırdı. Kərimin var-dövləti həddən artıq idi. ancaq evladı yox idi. O, bütün mahalın ağsaqqalını yığıb, onların tədbirinə görə mal-dövlətini üç qismə bölüb fağır-füqaraya payladı. Tanrı ona evlad verdi. Uşaq Novruz bayramında anadan olduğu üçün adını Novruz qoydular. Uşağı dayəyə verdilər. Yeddi yaşı tamam olanda molla məktəbinə qoydu- lar. Günlər gəlib keçdi, Novruz bütün elmləri sinədəftər
etdi.
Bir gün atası məclis düzəldib şadyanalıq edirdi. Məclisə aşıq da gətirmişdi. Aşıq əvvəl çalıb-oxudu. Sonra bir nağıl başladı. Novruz belə şey eşitməmişdi. Nağıl sevgi aləmindən bəhsə edirdi. O qədər maraqlı keçdi ki, Novruzu məst etmişdi. Novruz bir vaxt gördü ki, hamı dağılıb gedib. Gəlib məyus yıxılıb yatdı. Yuxuda gördü ki, bir pirani dərviş başının üstünü kəsib dedi:
– Nə üçün qəm dəryasına qərq olmusan, al bu badəni nuş et.
Novruz dedi:
– Ağa dərviş, şərab bizə haram buyrulub.
Dərviş dedi:
– Bu badə Yusifi Züleyxaya verilən badədir. Al nuş et.
Novruz gördü ki, badənin qoxusu dünyanı ətirləndirib. Alıb nuş etdi. Sinəsi kürə kimi yanmağa başladı. Dedi:
– Ağa dərviş, mənə əlac.
v Dərviş barmağını onun gözü qabağına tutub dedi:
– Bax gör haranı görürsən?
– Uzaq-uzaq yollar.
– Daha nə görürsən?
qız. – Böyük bir şəhər, şəhərdə bir saray, sarayda gözəl bir
Dərviş dedi:
– Gördüyün Misir şəhəridir. Qız isə Misir şəhərinin şahı Cəlal şahın qızı Qəndab xanımdır. Onu sənə, səni ona buta verirəm.
Bunu deyib dərviş yox oldu. Novruz bu minvalla yıxılıb bihuş qaldı. Səhər açıldı. Ata-anası gördülər ki, Novruzun halı pisdir. Bütün molla, alim, ülamani toplayır ki, onu ayıltsınlar, ayılmadı. Bir qoca kişi dedi ki, bununki putədir, ayılacaq. Novruz bir gündən sonra ayıldı. Sazını istədi. Nə məcara gəlib başına, başladı dedi:
(Kərəmi)
Tifil ikən qulluq etdim ustadə,
Oxudum dərsimi, kamalın gördüm. Saz ilə, söz ilə zay etdi məni,
O Kərim babamın əməlin gördüm.
Girdim bağa, bağım təğayir oldu,
Xoryad əli dəydi, təğayir oldu.
Gözüm dəydi, ağlım təqayid oldu,
Çayi-səlsəlibin zülalın gördüm.
Novruzam, qalmışam bir can içində,
Bir cam bəsləmişəm bir can içində.
Ağam mənə verib bir cam içində,
Misirdə Qəndafın camalın gördüm.
Novruz sazla dediyi kimi, sözlə də ona puta verilməsini söylədi. Hamı işdən halı oldu. dedi: Novruz dedi:
– Mən Misir şəhərinə öz putamın dalınca gedəcəm. Bu
nu eşidən Novruzun anası Zeynəb xanım görək nə Zeynəb
Başına döndüyüm gülüzlü oğul,
Getmə oğul, getmə, qoymaram səni.
Sənə yedirtmişəm qəndilə noğul,
Getmə oğul, getmə, qoymaram səni.
Novruz
Başına döndüyüm gülüzlü ana,
Ana, halal eylə, mən gedər oldum.
Südünü əmmişəm mən qana-qana,
Ana, halal eylə, mən gedər oldum.
Zeynəb
Möhnət ilə boya-başa yetirdim,
Doqquz ayda sinəm üstə götürdüm.
İndi bildim zəhmətimi itirdin,
Getmə oğul, getmə, qoymaram səni.
Novruz
Mən qurbanam ərənlərin pirinə,
Bizi də yetirə biri-birinə.
Atam baxışlasın taci-sərinə,
Ana, halal eylə, mən gedər oldum.
Zeynəb
Bu Zeynəb xanımı ağlar qoyma, gəl,
Sinəsinə çarpaz dağlar qoyma, gəl.
Atan qapısını bağlar qoyma, gəl,
Getmə oğul, getmə qoymaram səni.
Novruz
Canım qurban olsun o min bir ada,
Yarsız can dözərmi fani dünyada.
Sən duva qıl, mən də yetim murada,
Ana, halal eylə, mən gedər oldum.
Zeynəb çox dedi, Novruz az eşitdi.
Axırda çarəsiz qalıb razılaşdı:
– Oğul, get, ancaq tez qayıt.
Novruz bütün qohum-əqrəbə ilə vidalaşıb yola düşdü. Gəzə-gəzə gəlib bir dəryanın kənarına çatdı. Təzəcə yetiş- mişdi, bir də gördü ki, gəmi yola düşdü. Novruz tək-tənha qaldı. Bir tacir baxıb gördü ki, bir nəfər adam dənizin kəna- rında qəm dəryasına qərq olub. Əmr etdi ki, onu götür- sünlər. Götürdülər, hal-əhval soruşdular. Hamısını danışdı.
Tacir dedi:
– Oğul, qəm yemə, səni Misirə apararam.
Üç gün, üç gecə yol gedəndən sonra elə bir tufan qopdu ki, dərya təlatümə gəlib alt-üst oldu. Gəmi çevrildi, qırıq-qırıq olub hər taxtası bir tərəfə səpələndi. Novruz bir taxta parçasının üstünə düşüb qaldı. Bir yandan sevgilisi, bir tərəfdən ata-ana, bir yandan da zillətə düşməsi təsir etdi, ürəyi qubarlandı. Aldı görək nə dedi:
Gecə ayaz, gündüz bulud,
Qaldım dəryada, dəryada.
Ana, yaş köynəyimi qurud,
Qaldım dəryada, dəryada.
Bu dəryada balıq çoxdu, İnsanlara ölüm haxdı.
Beş arşın kəfənim yoxdu,
Qaldım dəryada, dəryada.
Novruz ağlar yana-yana,
Balıqlar oldu divana.
Yandı bağrım, döndü qana,
Qaldım dəryada, dəryada.
Küləyin, tufanın, ləpənin zərbəsindən dəniz lərzəyə gəldi. Dağlar boyda ləpələr Novruzu götürüb o tərəf-bu tərəfə atdı. Novruz gördü ölüm çağırır. Ona badə verən dərvişi səsləyib ağladı.
(Sarıtorpaq şikəstə)
Qarlı dağar gəldi, keçdi aradan,
Kərəm eylə, qoyma qalım dəryada.
Yeri, göyü, ərşi, kürşü yaradan,
Kərəm elə, qoyma qalım dəryada.
Övliyalar, əmbiyalar, kərəmlər,
Hanı mənlə doğru yola varanlar.
Qərq oldu dəryada neçə min canlar,
Kərəm eylə, qoyma qalım dəryada.
Novruzam, çağırram səni imdada,
Dərviş libasında sən verdin badə.
Tut qolumdan, yetir məni Qəndaba,
Kərəm eylə, qoyma qalım dəryada.
Ustadların dediyinə görə, Novruzun ağzından söz qurtaran kimi Xıdır İlyas dərviş libasında hazır olub Novruza deyir:
– Ey Novruz, gözünü yum.
Novruz gözünü yumub açınca gördü ki, dəryanın kənarındadır. Novruz o yan-bu yana baxıb Dərvişi görmədi. O çox bərk acmışdı. Başını yerə qoyub yatdı, huşdan getdi.
Sizə kimdən xəbər verim, Qəvvas Əhməddən. Qəvvas Əhməd qəzadan Novruza rast gəldi. O xətti-xalı, bənövşə kimi, qaməti sərv ağacı kimi bir oğlanın huşsuz yıxıldığını görüb sazı götürüb nə dedi:
Xab içində yatan ay cavan oğlan,
Oğul, dur götürüm xanəmə səni.
Nədən belə tərki-vətən olmusan,
Oğul, dur götürüm xanəmə səni.
Boyundan bilirəm yad diyarlısan,
Sevdanın əlindən ahı-zarlısan.
Qalx ayağa görüm hansı yerlisən,
Oğul, dur götürüm xanəmə səni.
Oğul deyib səni burdan götürrəm,
Götürübən mənzilbaşa yetirrəm.
Mən Əhmədəm, mətləbini bitirrəm,
Oğul, dur götürüm xanəmə səni.
Novruz özünə gəlib Qəvvas Əhmədi başı üstündə gördü. Sazı sinəsinə basıb görək nə dedi:
Qadiri-sübhanım, özün bilirsən,
Necə pərişandır hallarım mənim.
Mən bülbüləm, güldən ötrü gəzirəm,
Saralıb solubdur güllərim mənim.
Qurbanam bir ala gözün özünə, Eşq
əlindən yuxu getməz gözümə. Necə
baxım Qəvvas Əhməd üzünə,
Qəndabım gözləyir yollarım mənim.
Sarı samovardı, hazır guşədi,
Ağ eyvan otağdı, büllur şüşədi.
Mən Novruzam, atam Kərim paşadı,
Hanı sağ-solumda qullarım mənim.
Qəvvas Əhməd bildi ki, Novruz adlı-sanlı nəsildəndir, ona məhəbbəti qondu, götürüb öz evinə apardı. Bir neçə vaxt orada qaldı. Qəvvas Əhmədin Gülşən adlı bir qızı vardı. Odur ki, Novruz gələn kimi ixtiyarı əlindən getdi. O, Novruza bir könüldən min könülə aşiq oldu, amma biruzə vermədi. Gülşən Novruzu o qədər yaxşı saxlayırdı ki, sevgi- zad unudulub get-mişdi. Novruz bir gün Gülşənlə bağa seyrə çıxmışdı. Gördü ki, bir bülbül gül ilə oynayır. İkinci bülbül isə bir saralmış gülün üstündə başını qoyub ölüb. Novruz tez bülbülün yanına gəldi. Qəndab yadına düşdü, ağlamağa başladı, köhnə yarası təzələn-di. Görək nə dedi:
Səhər gəşt eylədi nəzər üstündə,
Gör necə tutubdu işini bülbül.
Gah gəlir, gah gedir qönçə başına,
Axıdır gözünün yaşını bülbül.
Hər bağın, bağçanın barı gözəldir,
Alması, heyvası, narı gözəldir.
Hər iyidin dostu, yarı göəzldir,
Sevməz özgə yarın qaşını bülbül.
Novruz necə çəksin Qəndab dağını,
Əritdi qəlbinin aldı yağını.
Yel vuruban saldı gül yarpağını,
Can verir söykəyib başını bülbül.
Novruz sözünü tamam edib Qəndabın dalınca getməli oldu. Gülşən xanım bunu bilib göz yaşını neysan kimi tökdü, dedi:
– Ya məni öldür, ya səni buraxmayacağam.
Görək Gülşən xanım götürüb nə dedi:
Gülşən
Mən sənə nə deyim, zalım, bivəfa,
Getmə oğlan, getmə, qoymaram səni.
Bu fani dünyada sürmədim səfa,
Getmə oğlan, getmə, qoymaram səni.
Novruz
Başına döndüyüm a nazlı dilbər,
Ağlama Gülşənim, yenə gələrəm.
Mənim gözü yolda bir sevgilim var,
Ağlama Gülşənim, yenə gələrəm.
Gülşən
Mənim kimi olmaz şamlı, əcəmli,
İş-güclü, ah-vaylı, ürəyi qəmli.
Çərxi dönmüş fələk etdi sitəmli,
Getmə oğlan, getmə, qoymaram səni.
Novruz
Payız olcaq bağlar tökər xəzəli,
Şagird olan ustadından söz alı.
Heç vaxt unutmaram sən tək gözəli,
Ağlama Gülşənim, yenə gələrəm.
Gülşən
Gözü yaşlı qoyma bu Gülşəni də,
Ayrılıq həsrəti qalar canımda.
O ruzi-məhşərdə, haq divanında,
Tutaram yaxandan, qoymaram səni.
Novruz
Novruz gedib qürbət eldə qalmasa,
Saralıban gül irəngim solmasa.
Əcəl gəlib bu canımı almasa,
Ağlama Gülşənim, yenə gələrəm.
Novruz Gülşəni razı saldı ki, sağ-salamat qayıtsa onu alıb aparacaq. Gülşən razı oldu. Onunla vidalaşıb Misirə tərəf yola düşdü. Bir xeyli gəlmişdi, onu çovğun, boran tutdu. Görək götürüb nə dedi:
Mən ki oldun vətənimdən didərgin,
İtirdim Qəndab tək maralı, dağlar.
Duman, qan eyləmək səndə qaydadı,
Yanan çırağlarım qaralı dağlar.
Mənim sağlığımı kim güman eylər,
Tufan-boran halım çox yaman eylər.
Qarlı dağlar gündə nahaq qan eylər,
Yarı salıb məndən aralı dağlar.
Kimim var burada məni dindirə,
Dindiribən halım yara bildirə.
Qorxuram ki, bu dərd məni öldürə,
Novruzam, sinəsi yaralı dağlar.
Novruz bir neçə müddət yol gəlib Misirə yetişdi. Qən- dabın yerini öyrəndi. Birbaşa onun atası Cəlal paşanın ima- rətinə gəldi. Novruz burda qalmaqda olsun, eşit Stanbulun pa-şası Mahmud paşadan. Mahmud paşa Qəndabın gözəlliyi sora-ğını almışdı. Qasid göndərib dedi:
– Ya Qəndabı ver, ya zorla alacağam.
Calal paşanın vəziri müharibə etməyi təklif etdi. Hər iki tərəf hücuma keçdilər. Calal paşanın qoşunu məğlub oldu. Bundan xəbər tutan Novruz Mahmud paşanın hüzuruna gəlib dedi:
– Qoşunu qırmaq yaxşı deyil, gəl iki pəhləvan güləşək, kim qalib gəlsə Qəndab onun olsun.
Novruzla Mahmud paşa cəngə girişdilər. Üç gün, üç gecə vuruşdan sonra Novruz Mahmudu öldürdü. Bunu gö- rən qoşun əhli qaçıb dağıldı. Novruz Calal paşanın yanına gəlib əhvalatı ona dedi. Calal paşa Novruzun alnından öpdü, dedi:
– Nə mətləbin var isə verəcəyəm.
Novruz dedi:
– "Ölmək ölməkdi, xırıldamaq nə deməkdi". Mən qızın Qəndabı istəyirəm.
Padşah bundan qəzəblənib əmr etdi ki, Novruzun boy- nunu vursunlar. Vəzir qoymadı, onu zindana saldılar. Novruz zindanda qaldı, eşit Qəndabdan. Qəndab eşitdi ki, Novruz gəlib çıxıb, ancaq atası onu zindana saldırıb. Atasından xəlvət kən-kançı çağırdı, öz imarətindən düz zindana lağım atdırdı. Nov-ruz qəmlər içində olarkən gördü ki, lağım açıldı, bir qız içəri girdi dedi:
– Səni Qəndab çağırır.
Novruz qızın dalınca gedib Qəndaba yetişdi. Bu minvalla bir neçə vaxt gecələr Qəndabın yanında, gündüzlər zindanda qaldı. Qəndab bir gün bu işdən təngə gəlib dedi:
– Bu işin üstü açılsa güdaza gedərik.
Odur ki, özünü bərk naxoşluğa vurdu. Bunu görən anası görək götürüb nə dedi:
Şahnaz
Mən səni bəslərəm allar içində,
Qızım, dərdin nədi, gəl mənə söylə.
Dastana yetirrəm dillər içində,
Qızım, dərdin nədi, dur mənə söylə.
Qəndab
Açılıb dağların əlvan laləsi,
Ana, mənim dərdim Novruz dərdidi.
Mən çəkdiyim nazlı yarın bəlası,
Ana, mənim dərdim Novruz dərdidi.
Şahnaz
Sən necə balasan, mən necə ana,
Az qalıb od tutub ciyərim yana.
Beş oğlum bir yana, sən də bir yana,
Qızım, dərdin nədir, dur mənə söylə.
Qəndab
Bir namə yazaram babam şanına,
Qoy qisasım qalsın haqq divanına.
Ölsəm qanım qatın Noruz qanına,
Ana, mənim dərdim Novruz dərdidi.
Gətirmə üstümə həkimi-loğman,
Eyləməz dərdimə dəvayi-dərman.
Qəndab da, Şahnaz da Novruza qurban,
Ana, mənim dərdim Novruz dərdidi.
Qəndab sözlə də anasını başa saldı, anası dedi:
– Qızım, mən sənin xətrini nə qədər istəyirəm. Ancaq atan çox acıqlıdı, ondan qorxuram, söz deyə bilmərəm.
Qəndab Novruzla yenə gün keçirirdi. Eşit Cəlal paşa- dan. Deyirlər Calal şah yatdığı imarətə o qədər ziynət vur- durmuşdu ki, cənnətə oxşayırdı. O, otağında qəfəsdə bir bülbül, bir gül ağacı da yanına qoydurmuşdu. Yanına da şamdan asdırmışdı, yanlarına cürbəcür rəngdə şamlar as- mışdı. Hər axşam şamın birini yandırardı. Padşah yuxuda gördü ki, imarətə bir qızıl quş daxil oldu. Bülbül öldü, gülün isə yarpağı töküldü. Padşah yuxudan qəfil ayılıb vəziri öz hüzuruna çağırtdırdı. Heç kəs yuxunu yoza bilmədi. Əlacsız qalıb vəzir Qəndabın yanına getdi. Sözü dedi. Qəndab ahu-zar içindəykən bir dərviş hazır olub dedi:
– Yuxunu mən yozaram.
Onu padşahın yanına apardılar. O, yuxunu belə yozub dedi:
– Calal padşah, bil ki, şamdandakı şamlar oğlanla- rındır. Qəfəsdəki bülbül Novruzdur. Gül də Qəndabdır. Həmin şamı keçirən quş Allahın bəlasıdır. Əyər Qəndabı Novruza verməsən, oğlanların, qızın, bir də Novruz öləcək. Taxtı-tacın tarimar olacaq.
Padşah dedi:
– Ay aman, tutun dərvişi.
Padşah bu əhvalatdan sonra qorxuya düşdü. Novruzu zin- dandan çıxardı. Onun haqq aşiqi olmasını sınamaq üçün göz- lərini bağlayıb vəziri, vəkili və s. qızları, bir də çuvala tay olub qalan bir topal qızı gətirib sıraya düzdü. Qəndab da burada idi.
Şah dedi:
– Bu qızlar bir-bir keçəcək. Əyər nişanlını tapsan, sənin, tapmasan boynunu vurduracağam.
Novruz sazı sinəsinə basıb dedi:
Mənim bu müşkül işimə,
Sən yetiş, ya rəbbim haray.
İçmişəm qırxlar əlindən,
Eşqilə şərabım haray.
Səni çəkmir təbim haray.
Hanı mənim xanımanım,
Yandı qalmadı canım.
Vəzir qızı Göhər xanım,
Haq versin mətləbim haray.
Səni çəkmir təbim haray.
Hanı mənim taxtı-tacım,
Kimsəyə yox ehtiyacım.
Qazı qızı Xanım bacım,
Sən deyilsən babım, haray,
Səni çəkmir təbim haray.
Sənə qurban olum tarı,
Çıxar könüldən qubarı.
Vəkil qızı Gülgəz pəri,
Sən deyilsən babım haray,
Səni çəkmir təbim haray.
Əlindəki nə ələkdi,
Fikrində çərxi-fələkdi.
Bu gülüb keçən Mələkdi,
Sən deyilsən babım haray,
Səni çəkmir təbim haray.
Əyninə geyibdi ağı,
Sinəmə çəkibdi dağı.
Misirin köhnə axsağı,
Sən deyilsən babım haray,
Səni çəkmir təbim haray.
Novruzam, getmərəm burdan,
Mətləbim versin yaradan.
Qəndabım keçdi aradan,
Süz yeri Qəndabım haray,
Səni çəkir təbim haray.
Bunu görən padşah gördü ki, Novruz həqiqətən haqq aşi- qidir. Yeddi gün, yeddi gecə toy çaldırıb Qəndabı Novruza verdi. Bir müddət Misirdə qaldıqdan sonra hamı ilə halallaşıb Diyarbəkrə yola düşdülər. Bir xeyli gedəndən sonra bir çə- mənlikdə düşdülər. Demə bura Kəlləgözün torpağı imiş. Kəl- ləgöz bu vilayətin xanını öldürüb özü ağalıq edirdi. Çox qüv- vətli pəhləvan idi. Novruzgili çəməndə görüb onlara yanaşdı:
– Buradan quş keçsə qanad salar. Siz hara, bura hara.
Novruz dedi:
– Diyarbəkrə gedirik, bir az dincələrik.
Kəlləgöz dedi, Novruz dedi, iş çəpləşdi. Kəlləgöz dedi:
– Səni soyaram, sevgilini də əlindən alaram.
Novruz dedi:
– İyidsən, ağzını boş qoyub danışma. Hər ikisi meydana girdi.
Kəlləgöz
Əcəm oğlu badə içdi,
Mənim tək aslan əlindən.
Oynadıb gözəl kəkliyi,
Alaram Tərlan əlindən.
Novruz
Qədir Allah azad eylə,
Məni bu yaman əlindən.
Qurtarmır qovğ alı başım,
Bədəsil düşmən əlindən.
Kəlləgöz
Burdan keçməz ağır ellər,
Gözünə çəkərəm millər.
Neyləyəcək beçə qullar,
Mən bəbri-aslan əlindən.
Novruz
İgid meydana hərləni,
Meydan gum-gum gumburlanı.
Vurram başın dığırranı,
Həzər et qalxan əlindən.
Kəlləgöz
Kəs səsini, ay heyvərə,
Gününü eylərəm qara.
Bütün ellər gəlib zara,
Kəlləgöz pəlvan əlindən.
Novruz
Novruz dağı dəlmək istər,
Misri qılınc çalmaq istər.
Kor yapalaq almaq istər,
Sonanı tərlan əlindən.
Hər iki pəhləvan bir-birinə hərbə-zorba gəldi. Novruz nərə çəkib Kəlləgözü öldürdü. Başını kəsib xurcuna qoydu. Onun qalaçasına getdi. Qalada Şəhriyar adlı bir qıza rast gəldilər. Qız onları görcək ağladı:
– Tez buradan gedin, Kəlləgöz sizi öldürər.
Novruz dedi:
– Get xurcundakı qarpızı gətir kəsək, yeyək sonra gedək. Şəhriyar əl atdı xurcuna, Kəlləgözün başını görcək işi duydu. Onlar qalaçadan qiymətli şeyləri götürüb, Şəhriyarı da götürüb gəlib Gülşən xanımgilə çatdılar. Gülşən xanımla görüşüb onu götürüb Diyarbəkrə yol etdilər. Gəlib Diyar- bəkrin yaylağına çatdılar. Novruz iyirmi beş ilin içində qayıtmışdı, yerləri unutmuşdu. Dəli çobana rast gəldilər.
Dəli çoban Novruzun yanında üç gözəli görüb dedi:
– Allahım yetirib, əlindən alaram.
Soruşdu:
– Sən kimsən?
Çobana Novruz dedi:
– Mən Diyarbəkrli Kərim paşanın oğluyam.
Çoban Novruzun ayağına yıxıldı. Gəlib ata-anasından muştuluq aldı. Qırx gün, qırx gecə toy elədilər. Firavan həyat keçirməyə başladılar. Allah toyumuzu mübarək etsin.