Aşıq sənəti / Dastanlar / "Gürcü qızı" dastanı.
Ailə-əxlaq dastanları


"Gürcü qızı" dastanı. "Dünyada"

 

İfa edir: Ələsgər Tağıyev

"Zarıncı" havası

Loading the player...

 

Mətn >>>

pdf file


Varlıya dost olub, yoxsulagülmə,
Çox da havalanıbcoşmadünyada.
Elsəniistəyibkeçirsəbaşa,
Ağırol, alçağadüşmədünyada.

Oturubdurginənqədirbilənnən,
Yaxşıadam - "sənöl" deməzyalandan.
Vəfalı dost olmazüzəgüləndən,
Onunkörpüsündənkeçmədünyada.

Bu sözü xoşlayar arifi-əyyar,
Bədəsil insana nə yapış, yalvar!
Qonşuya söyləyər, mahala yayar,
Səryaquba sirrin açma dünyada!

Əsl övlad əkər bir əsil ata,
Ölüncə kimsəyə yetirməz xata.
Gen düşsə də xeyir verər elata,
Onun arxasından qaçma dünyada!

Nəcəf, gəz dünyanı təmiz adınan,
Dost ol tanıdığın əsl zatınan.
Bir dost sənnən ola, sözü yadınan,
Onu düşmənindən seçmə dünyada!

 
 
 
 




Yuxarı