Aşıq sənəti / Dastanlar / "Koroğlu" dastanı / "Koroğlunun Bayazid səfəri"
Qəhrəmanlıq dastanları


  "Koroğlu" dastanının "Koroğlunun Bayazid səfəri" qolundan parça.

 

Xəbər olsun Bayazidin elinə,
Aparram Eyvazı, qala qoymaram!
Deyin sultanlara köç eləməsin,
Bu qisası Rüstəm Zala qoymaram!

Bilmirəm baharam, yoxsaki, qışam,
Qorx o zamandan ki, qaynayam, coşam,
Qırılmaz qayayam, tərpənməz daşam,
Fərhad külüyünü çala qoymaram!

Aladı gözləri, qaşları yağı,
Nigar olub xan Eyvazın dustağı,
Çənlibeldi Koroğlunun oylağı,
Şah da gələ Çənlibelə qoymaram!

"Misri" havası

İfa edir: İmran Həsənov





Yuxarı