Qəhrəmanlıq dastanları
"Həmzənin Qıratı aparması" qolundan parça. "Meydan Koroğlu" havası
Allahı çağırıb düşərəm yola,
Bu dərdi sinəmdə qala qoymaram.
Qıratım həsrətlə yolum gözləyir,
Düşmənin əlində qala qoymaram.
Ah çəkərəm hərdən köysüm ötürrəm,
Yola düşüb mətləbimi bitirrəm,
Ya ölərəm, ya Qıratı gətirrəm,
Ayı dolansa da, ilə qoymaram.
Koroğluyam, qoç oğluyam, qoçam mən,
Çətindiki, mərd meydandan qaçam mən,
Havada dövr edən tərlan quşam mən,
Sarlar şikarımı ala qoymaram.
Bu dərdi sinəmdə qala qoymaram.
Qıratım həsrətlə yolum gözləyir,
Düşmənin əlində qala qoymaram.
Ah çəkərəm hərdən köysüm ötürrəm,
Yola düşüb mətləbimi bitirrəm,
Ya ölərəm, ya Qıratı gətirrəm,
Ayı dolansa da, ilə qoymaram.
Koroğluyam, qoç oğluyam, qoçam mən,
Çətindiki, mərd meydandan qaçam mən,
Havada dövr edən tərlan quşam mən,
Sarlar şikarımı ala qoymaram.
İfa edir: Aşıq Mahmud Məmmədov
Loading the player...
İfa edir: Aşıq Abbas Musaxanoğlu
Loading the player...