Aşıq sənəti / Dastanlar / "Koroğlu" dastanı / "Koroğlunun Bayazid səfəri"
Qəhrəmanlıq dastanları


  "Koroğlu" dastanının "Koroğlunun İstanbul səfəri" qolundan parça.

 

Salam verdim, salam almaz,
Görüm kəssin salam səni.
Axçasız, pulsuz aşiqəm,
Pulum yoxdu alam səni.

Güllü bağlarda gəzərsən,
Cahıllar bağrın əzərsən,
Yuxa kağıza bənzərsən,
Tutmaz qələm, yazam səni.

Xəzinəm yox, ağzın açam,
Dövlətim yox, tökəm saçam,
Əlac budu alam, qaçam,
Çənlibelə salam səni.

Hansı dağların qarısan?
Hansı bağların barısan?
Nigar, Koroğlu yarısan,
Bilir külli-aləm səni.


"Koroğlu cəngisi" havası

İfa edir: Aşıq İmran Misri Həsənov

Loading the player...

 

 
 
 
 





Yuxarı