Aşıq sənəti / Dastanlar / "Koroğlu" dastanı / "Misri" havası
Qəhrəmanlıq dastanları


  "Koroğlu" dastanından parça. "Misri" havası

 

Xəbər verin dəlilərim oyansın,
Tutulubdu bir Eyvazım əldədi!
Misri qılınc qızıl qana boyansın,
Tutulubdu bir Eyvazım, əldədi!

Yatmışdım aşkara gördüm duşumu,
Əzəlindən mən bilirdim işimi,
Çəkin, yəhərləyin çərləmişimi,
Tutulubdu bir Eyvazım, əldədi!

Düşmənlərim tamaşaya durarlar,
Şad oluban keyf məclisi qurarlar,
Koroğlu getməsə yəqin qırarlar
Tutulubdu bir sərdarım, əldədi!

İfa edir: Familə İskəndərova və Şöhrət Kərimov





Yuxarı