- "Dəli ceyran"
- Mahnının mətni
- Not yazısı
Mətn, musiqi və vokal.
İfa edir: Fədayə Laçin
Loading the player...
Mətn və musiqi
Loading the player...
I
Gözəlim, aşiqini salma nəzərdən, ay aman,
Həsrətindən ölürəm, gəl bizə hərdən.
Sənə çoxdan vurulub bu dəli könlüm,
Neyləyim ki, xəbərin yoxdu xəbərdən.
Nəqarət:
Gəl, mənə naz eyləmə, ay dəli ceyran, ay aman,
O qara gözlərinə olmuşam heyran
II
Bir dönüb baxmaq ilə canımı aldın, ay aman,
Məni Məcnun eyləyib çöllərə saldın.
Mən inandım, sənə öz könlümü verdim,
Məni atıb, gedib əğyar ilə qaldın.
Nəqarət:
Gəl, mənə naz eyləmə, ay dəli ceyran, ay aman,
O qara gözlərinə olmuşam heyran