- "Yeri, dam üstə yeri"
- Mahnının mətni
- Not yazısı
Mətn, musiqi və vokal.
İfa edir: Fədayə Laçin
Loading the player...
Mətn və musiqi
Loading the player...
I
Yeri, dam üstə yeri, balam,
Ay qızıl cam üstə yeri.
Ayaqların incisə, balam,
Ay çıx sinəm üstə yeri.
Nəqarət:
Getdim gördüm yar otaqda,
Qoşa-qoşa xal yanaqda.
Busə yeri var buxaqda,
Al yanaqda, ay sevgilim, yar, sevirəm.
II
Zərxaradan arxalıq, balam,
Ay əşrəfidən yaxalıq.
Bir busə ver cüt xaldan, balam,
Ay dadına yetsin xalıq.
Nəqarət:
Getdim gördüm yar otaqda,
Qoşa-qoşa xal yanaqda.
Busə yeri var buxaqda,
Al yanaqda, ay sevgilim, yar, sevirəm.