- "Yaxan düymələ"
- Mahnının mətni
- Not yazısı
Mətn, musiqi və vokal.
İfa edir: İlahə Fəda
Loading the player...
Mətn və musiqi
Loading the player...
I
Sallanıban gələn dilbər,
Yaxan düymələ, düymələ.
Məni dərdə salan dilbər,
Yaxan düymələ, düymələ.
Nəqarət:
Dərdin alım, dərdin alım,
Dərdin alım, dərdini.
Məni dərdə salan dilbər,
Yaxan düymələ, düymələ.
II
Kərəm sənə nələr demiş,
O dil-dodağını yemiş.
Kətan köynək, bəndi gümüş,
Yaxan düymələ, düymələ.
Nəqarət:
Dərdin alım, dərdin alım,
Dərdin alım, dərdini.
Məni dərdə salan dilbər,
Yaxan düymələ, düymələ.