Xalq musiqisi / Xalq mahnıları karaoke / Yaylıq (duet)
  • "Yaylıq (duet)"
  • Mahnının mətni
  • Not yazısı

Mətn, musiqi və vokal.
İfa edir: İlahə Fəda və Babək Niftəliyev

Loading the player...


Mətn və musiqi

Loading the player...

I

 

QIZ:


Anamdan bir yaylıq aldım,
Heç bilmirəm harda saldım.
Səndədirsə, ver yaylığı,
Yaylıq salar ayrılığı, gülüm,
Gözəl oğlan, ver yaylığı.
Yaylıq salar ayrılığı, yarcan,
Gözəl oğlan, ver yaylığı.

 

OĞLAN:


Yaylığını tanı, ay qız,
Məndə yaylıq hanı, ay qız?
Kim deyir yaylıq məndədir?
Bəlkə qalıb, çəməndədir, ay gözəl,
Gəl axtar, tap yaylığını.

 

II

 

QIZ:


Ay kələkbaz oğlan, oğlan,
İnciyərəm səndən, inan.
Gəlməsə yaylıq qarşıma,
Xəbər verrəm qardaşıma, yar, yarcan,
Gözəl oğlan, ver yaylığı.
Xəbər verrəm qardaşıma, yarcan,
Gözəl oğlan, ver yaylığı.

 

OĞLAN:


Qurban olum göz-qaşına,
Gedib demə qardaşına.
Sevgilinəm, gəl incimə,
Yaylıq məndədir, gözəllər gözəli,
Al, ay gözəl, al yaylığı.





 

..




Yuxarı