- "Qoy gülüm gəlsin, ay nənə!"
- Mahnının mətni
- Not yazısı
Mətn, musiqi və vokal.
İfa edir: İlahə Fəda
Loading the player...
Mətn və musiqi
Loading the player...
I
Hey! Mən aşiqəm zirəsən, zəfəransan, zirəsən,
O günə qurban olum, sən qapıdan girəsən.
Nəqarət:
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!
Hey!
II
Qarabağın düzü var, düzlərində quzu var.
İki könül bir olsa, kimin ona sözü var.
Nəqarət:
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!
Hey!
III
Arazam, Kürə bəndəm, bülbüləm, gülə bəndəm.
Dindirməyin, ağlaram, bir şirin dilə bəndəm.
Nəqarət:
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!
Hey!